Bu bank auditor axtarır


20:43     05 Avqust 2017 1374563909_azerbaijan-beynelxalq-banki2.jpg

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) açıq tender elan edib.


Femida.az Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, tender 1 lot üzrə - ABB və onun törəmə müəssisələrinin 2017-ci ilin 9 aylıq maliyyə göstəriciləri üzrə audit baxışının və illik dövrü üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin keçirilməsi ilə bağlı keçirilir.

İştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə bankın baş ofisinə təqdim etsinlər.

Tenderdə iştirak haqqı 100 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 sentyabr 2017-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 18 sentyabr 2017-ci il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri 19 sentyabr 2017-ci il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaq.

Açar sözlər:

Oxunub: 1066