Bu gün ay tutulacaq
13:19 07 Avqust 2017
Bu gün cari ilin ikinci ay tutulması baş verəcək.
Femida.az xəbər verir ki, proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq.
Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır. Beləki, həmin gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetimizə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetimizin kölgəsində buraxacaq. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisə günbatandan sonra Azərbaycandan da müşahidə olunacaq.
Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də baş verib.
ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı məlumata görə, 2017-ci ilin avqust ayında isə tam Günəş tutulması baş verəcək.
Femida.az
Oxunub: 893
Oxşar xəbərlər
- Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız
- Bu günə olan HAVA PROQNOZU
- Bu günün hava proqnozu
- Bu şəxslərin maaşı artırıldı
- Bu il vərəmdən ölənlərin sayı azalıb
- Bu gündən 5 günlük tətil başlayır
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
- Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
- Bu yollarda güclü tıxac var - SİYAHI