Gənc əsgərlər and içdi
14:44 07 Avqust 2017
Avqustun 5-i Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-dan Femida.az-a verilən məlumata görə, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nın rəisi, gеnеral - polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.
Tədbirdə DSX-nın şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınmasının təmin edilməsi uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanıb.
Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Femida.az
Oxunub: 1061
Oxşar xəbərlər
- Gənc oğlan canına qıydı - İNTİHAR
- Gənc oğlan yolda can verdi
- Gəncə sakini öldürülüb, maşını da yandırıldı
- Gənc qadın evinə getdiyi əcnəbini soydu - Bakıda
- Gənc oğlan anasına görə intihar etdi
- Gəncədə 825 partlayıcı oyuncaq aşkarlandı
- Gənc oğlan bıçaqlanıb
- Gəncədə evdə partlayış: 14 yaşlı oğlan yaralandı
- Gənc qız özünü asdı
- Gəncədə məktəbli bıçaqlanıb