Britaniya kilsələrinin birində pivəxana açılacaq


22:42     09 Avqust 2017 pub2.jpg

Böyük Britaniyanın Noric şəhərindəki MüqəddəsTomas adına kilsədə pivəxana fəaliyyətə başlayacaq.


Məlumata görə, müqəddəs yerdə pivəxananın açılışı barədə fikir keşiş İanu Dublanın ağlına gəlib. Keşişin sözlərinə görə, kilsə nəzdində pivəxananın açılması barədə hələ dini məktəbdə oxuyarkən düşünüb.

“Kilsəyə gələnlərin müqəddəs yerə olan marağı itir. Biz bu addımımızla cəmiyyətə daha da yaxın ola bilərik”.

Məlumata görə, kilsə idarəsi qonşuluqda olan pivəxananı 650 min dollara alıb. Pivəxananın açılışı avqustun 14-nə nəzərdə tutulub. Kilsə nümayəndələrinin sözlərinə görə, pivəxana gündüz saatlarında fəaliyyət göstərəcək, burada toylar və digər əyləncəli tədbrilər baş tutacaq. Onların qənaətinə görə, bundan sonra britaniyalılar alkoqolun istehlakına daha məhsuliyyətli yanaşacaq və bu yerə gəlməkdən həzz alacaq.

Qeyd edək ki, bu ilin aprelində ABŞ-nın Denver şəhərində beynəlxalq marixuana kilsəsi açılıb.

Açar sözlər:

Oxunub: 625