Qardaş 62 yaşlı bacısını bıçaqladı - Video


20:44     09 Avqust 2017 bicaq119.jpg

Zaqatalada qadın bıçaqlanıb.


Femida.az ARB Şəki-yə istinadən xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, bu gecə saat 03 radələrində rayonun Aşağı Tala kənd sakini, 1955-ci il təvəllüdlü Rahilə Əhməd qızı Canımova bədənin çoxsaylı bıçaq yarası xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub, vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, Rahilə Canımova yaşadığı ünvanda qardaşı Famil Canımovla şəxsi münasibətlər zəmnində mübahisə edib. Mübahisə zamanı Famil Canımov bıçaqla bacısına çoxsaylı xəsarət yetirib.

Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Famil Canımov saxlanılıb. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.




Femida.az

Açar sözlər:

Oxunub: 1917