Qardaşı ilə mübahisə etdi - Keçmiş arvadını bıçaqladı


17:37     28 Avqust 2017 aabicaq259.jpg

Quba rayonunda qardaşı ilə mübahisə edən şəxs keçmiş arvadını bıçaqlayıb.


DİN-dən Femida.az-a verilən məlumata görə, avqustun 26-da Quba rayonunun Barlı kəndində yaşayan Telman Ağazadə həyətində qardaşı Nərimanla mübahisə edərkən onları sakitləşdirmək istəyən, həmin həyətdəki digər evdə yaşayan keçmiş arvadı Məleykəyə bıçaqla xəsarət yetirib.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Ağazadə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1129