Keçmiş polis işçisi arvadını öldürdü
21:38 09 Avqust 2017
Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Femida.az Xeberle.com-a istinadən xəbər verir ki, Nazim adlı keçmiş polis əməkdaşı həyat yoldaşı 1967-ci il təvəllüdlü Allahverdiyeva Nurbahar Ağacan qızını bıçaqlayıb.
N.Allahverdiyeva bədənin kəsilmiş-deşilmiş yaraları diqanozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəstəxananın baş həkiminin müavini Mirnazir Muxtarovun dediyinə görə, qadına dərhal cərrahi müdaxilə edilib və əməliyyata götürülüb. Əməliyyat uğurlu keçsə də, sonradan qadının vəziyyəti pisləşib və dünyasını dəyişib. Qadının ölmə səbəbi Məhkəmə Tibbi Ekspertizanın rəyindən sonra məlum olacaq. Hadisəni törədən qadının həyat yoldaşı könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1595
Oxşar xəbərlər
- Keçmiş MTN-in polkovnikləri məhkəmədə şok ifadə verib
- Keçmiş kürəkəni tərəfindən öldürüldü
- Keçmiş MTN generalına hökm oxunacaq - Bu gün
- Keçmiş bank sədri həbs edildi
- Keçmiş məhkum maşınla 4 nəfəri vurdu
- Keçmiş məhkum söyüş üstündə boğazından bıçaqlandı
- Keçmiş MTN generallarının məhkəməsinin vaxtı açıqlandı
- Keçmiş arvadını küçənin ortasında döydü
- Keçmiş məhkumun 10 ayda etdiyi oğurluq - SİYAHI
- Keçmiş icra başçısının evi yandı