Müəllim olmaq istəyənlərin nəzərinə - Bu gün son gündür
13:06 11 Avqust 2017
Ötən gün başlayan ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu gün sona çatır.
Bu barədə Femida.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Məluamta görə, seçim mərhələsi avqustun 11-i, saat 23:59-dək davam edəcək.
Bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq topladıqları bala uyğun vakant yerləri seçirlər.
Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.
Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçiriləcək. Avqustun 11-dən etibarən, fiziki tərbiyə müəllimlərinin müsahibə mərhələsinə start veriləcək. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcək müsahibə mərhələsi ilə bağlı əlavə məlumatlar hər bir namizədin şəxsi səhifələrinə yerləşdirilib.
Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
Femida.az
Oxunub: 670
Oxşar xəbərlər
- Müəllim valideyni məhkəməyə verib - Azərbaycanda
- Müəllimlərə ŞAD XƏBƏR
- Müəllimlərə ŞAD XƏBƏR
- Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik
- Müəllimlərə bir milyon `atan` qadının məhkəməsi oldu
- Müəllimlərin maaşı artırıldı
- Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq
- Müəllim məktəbi məhkəməyə verdi - QALİB GƏLDİ
- Müəllimin bıçaqlanması haqda xəbər təkzib edildi
- Müəllimlərin sentyabr konfransı keçirildi