Müəllim məktəbi məhkəməyə verdi - QALİB GƏLDİ
16:00 16 Oktyabr 2017
Azərbaycanda müəllim işdən çıxarıldığına görə orta məktəbi məhkəməyə verib.
Femida.az report-a istinadən xəbər verir ki, Oğuz rayon Calud kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılan Cavan Yunusov işə bərpa edilmək üçün Oğuz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə araşdırması nəticəsində onun əsassız olaraq işdən çıxarıldığı məlum olub. Nəticədə Məhkəmə C.Yunusovun iddiasını təmin edib.
Calud kənd orta məktəbi qərarla razılaşmayaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Lakin Şəki Apellyasiya Məhkəməsi də müəllimi haqlı çıxararaq qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, C.Yunusovun 49 yaşı var, o, ixtisasca riyaziyyatçıdır.
Femida.az
Oxunub: 1713
Oxşar xəbərlər
- Müəllim valideyni məhkəməyə verib - Azərbaycanda
- Müəllimlərə ŞAD XƏBƏR
- Müəllimlərə ŞAD XƏBƏR
- Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik
- Müəllimlərə bir milyon `atan` qadının məhkəməsi oldu
- Müəllimlərin maaşı artırıldı
- Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq
- Müəllimin bıçaqlanması haqda xəbər təkzib edildi
- Müəllimlərin sentyabr konfransı keçirildi
- Müəllimlərin işə qəbulu prosesi başa çatıb