Toyda kütləvi dava - Ata və iki oğlu döyüldü
02:07 13 Avqust 2017
Daşkəsəndə toyda kütləvi dava düşüb.
Hadisə Daşkəsən şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Belə ki, toy mərasimi zamanı bir neçə qonaq arasında mübahisə yaranıb. Daha sonra bu şəxslər əlbəyaxa olublar. Bu zaman rayon sakinləri - Mübariz Məmmədov və onun iki övladı, Telman və Mahir Məmmədovlar döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıb və hər birinə həkimlər tərəfindən tibbi yardım göstərilib.
Məlumata görə, hadisəyə mübahisə edənlərdən birinin sərxoş halda qız tərəfinə söyüş söyməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Femida.az
Oxunub: 1690
Oxşar xəbərlər
- Toydan qayıdan insanlar bombalandı, 10 qadın öldü
- Toyda dava: Gənc oğlan bıçaqlandı
- Toyda həmkəndlisinin başını kəsənə ağır cəza verildi
- Toydan gələn şəxslər qəzaya düşdü - 12 yaralı var
- Toyda kütləvi dava - yaralılar var
- Toyda kütləvi zəhərlənmə - 51 nəfər xəstəxanalıq oldu
- Toydan qayıdan ailə qəzaya düşdü
- Toydan qayıdarkən qəzaya düşdülər
- Toyda dava düşdü - yaralananlar var
- Toydan çıxarkən döyüldü