Ağac kəsməyə görə 2920 manat CƏRİMƏ
13:34 14 Avqust 2017
Gəncədə agac kəsən şəhər sakini cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirliyin “Qaynar xətt”inə Gəncə şəhər sakini Hüseyn Əhmədov tərəfindən Üzeyir Hacıbəyov küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.
Şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı 1 ədəd ağacın qanunsuz olaraq kəsildiyi məlum olub.
Araşdırma zamanı yaşköküstə ağacın sözügedən ünvanda yaşayan Gövhər Quliyeva tərəfindən aparılan tikinti işləri zamanı kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və ona inzibati xəta törətdiyinə görə qanunamüvafiq qaydada 2920 manat məbləğində cərimə və ziyan tətbiq edilib.
Femida.az
Oxunub: 1308
Oxşar xəbərlər
- Ağacları kəsib,meşə gözətçisini döydülər - Cəlilabadda
- Ağacan Abiyevə `Şərəf` ordeni verildi
- Ağac kəsənlərin işi məhkəməyə göndərilib
- Ağac kəsən şəxs 2000 manat cərimələndi
- Ağac kəsdi - 2550 manat cərimə ödədi
- Ağac kəsənin işi Prokurorluğa göndərildi
- Ağac budağı kəsən şəxs cərimələnib
- Ağac budaqlarını qanunsuz kəsən şəxs cərimələnib
- Ağac kəsən şəxs cərimələndi
- Ağacların dibinə maddə töküb qurudan sahibkara cinayət işi açıldı