Ağac kəsdi - 2550 manat cərimə ödədi
16:41 04 Oktyabr 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Qaradağ rayon sakini Nizami Cəfərov tərəfindən Qaradağ rayonu Ələt qəsəbəsi Hərbi şəhərciyin ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən Ərazi üzrə Mənzil İstismar Sahəsinin nümayəndələrinin və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Sözügedən əraziyə keçirilən baxış zamanı yaşköküstə 49 sm diametrliyində 1 Eldar şamı ağacının qanunsuz kəsildiyi məlum olub. Aparılan araşdırma zamanı ağacın Qaradağ rayonu Ələt qəsəbə sakini Rəşad Fərzəliyev tərəfindən kəsildiyi və təbiətə 2550 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Qaradağ rayon Prokurorluğuna göndərilib.
Femida.az
Oxunub: 807
Oxşar xəbərlər
- Ağacları kəsib,meşə gözətçisini döydülər - Cəlilabadda
- Ağacan Abiyevə `Şərəf` ordeni verildi
- Ağac kəsənlərin işi məhkəməyə göndərilib
- Ağac kəsən şəxs 2000 manat cərimələndi
- Ağac kəsənin işi Prokurorluğa göndərildi
- Ağac budağı kəsən şəxs cərimələnib
- Ağac kəsməyə görə 2920 manat CƏRİMƏ
- Ağac budaqlarını qanunsuz kəsən şəxs cərimələnib
- Ağac kəsən şəxs cərimələndi
- Ağacların dibinə maddə töküb qurudan sahibkara cinayət işi açıldı