Boş qalan yerlərə ixtisas seçimi başlayır


15:03     14 Avqust 2017 imtahan-veren-qiz.jpg

Sabahdan ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq.


Femida.az xəbər verir ki, boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə həyata keçiriləcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisaslar “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Femida.az

Açar sözlər:

Oxunub: 758