Boş qalan yerlərə ixtisas seçimi bitir
13:49 05 Sentyabr 2017
2017/2018-ci tədris ili üçün Azərbaycanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi 6 sentyabr saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinin 1412 boş qalan plan yeri müsabiqəyə çıxarılıb. 5 sentyabr saat 9:30-a olan məlumata əsasən, 1508 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib.
Hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər boş qalan plan yerlərinin ixtisas seçiminə buraxılmırlar.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib onları http://eservices.dim.gov.az/erizebak/ixtisas3 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.
Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.
Femida.az
Oxunub: 1066
Oxşar xəbərlər
- Boşanmadan sonra uşaq kimdə qalmalıdır? - HÜQUQ
- Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
- Bosniya və Herseqovina erməni yalanını ifşa etdi
- Boş qalan plan yerlərinə qəbul başladı
- Boş qalan yerlərə qəbul olan abituriyentlərin siyahısı bilindi
- Boş qalan yerlərə ixtisas seçimi başlayır
- Boş qalan yerlərə ixtisas seçimi başlandı
- Bostonda avtomobil kütləyə çırpılıb
- Boşanmalar rekord sayda artıb - Statistika
- Boşandı, sonra başını kəsdi – ŞOK cinayət