Süni göldə boğuldu - Xaçmazda faciə


18:04     14 Avqust 2017 sudbogulma20160613.jpg

Xaçmazda bir nəfər göldə batıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Moruqoba kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanıb.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 850