Süni göldən meyit tapıldı


15:24     15 Avqust 2017 kahve-falında-göl-görmek.jpg

Ötən gün Xaçmazda süni göldə batan şəxsin cəsədi tapılıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Moruqoba kəndi ərazisində suni göldə batmış 1952-ci il təvəllüdlü Kuçeryavıy Vyaçeslav Anatoliviçin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən batdiği yerdən bu gün tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 10:47-də başa çatıb.​

Femida.az

Açar sözlər:

Oxunub: 542