Baş prokuror qəbul keçirəcək


17:17     26 Avqust 2015 Zakir_Garalov_051212.jpg

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il sentyabrın 4-də saat 11:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qəbələ şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Açar sözlər:

Oxunub: 1385