4 nəfər ölümdən son anda qurtuldu


21:28     18 Avqust 2017 malatya-gol-bogulma.jpg

Bakıda 4 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 4 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 852