Eks-prezident Quba məzarlığını ziyarət edib


20:31     23 Avqust 2017 xorvatiyanin-sabiq-prezidenti-ivo-yosipovich-qubada-23082017-1.jpg

Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün Azərbaycana gələn Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç bu gün Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.


Femida.az xəbər verir ki, Quba rayonuna səfəri zamanı öncə qonağa rayon haqqında ətraflı məlumat verilib.

Daha sonra İvo Yosipoviç Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.

Qeyd olunub ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Xorvatiyanın eks-prezidenti Qubada dağ yəhudilərinin kompakt yaşadıqları Qırmızı qəsəbədə, Heydər Əliyev Mərkəzində, xalçaçılıq müəssisəsində olub.

Femida.az

Açar sözlər:

Oxunub: 784