Daha bir piyada ölümü - Abşeronda


15:58     24 Avqust 2017 piyada%20oglan.jpg

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avqustun 23-də saat 16 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Azər Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Kəngərli rayon sakini Eldar Əliyevi vurub. Piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 636