Paytaxtda “Prado” aşdı


20:12     24 Avqust 2017 20953910-268794480277175-6314230194856022641-n.jpg

Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirilib. Məlumata əsasən, bir qədər əvvəl Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyası istiqamətində əsas yolda “Prado” markalı nəqliyyat vasitəsi aşıb. Hazırda prospektin həmin hissəsində sıxlıq var.

Femida.az

Açar sözlər:

Oxunub: 756