Paytaxtda ağır qəza - ölən var


14:54     22 Oktyabr 2017 avtobus_qeza.jpg

Bakıda marşrut avtobusu ölümlə nəticələnən qəza törədib.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Qum adası qəsəbəsində "Daewoo" markalı, 10 TC 464 dövlət nömrə nişanlı marşrut avtobusu yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 50-55 yaşlı qadın hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2514