Oğuz və Qəbələdə meşə yanır - FHN hadisə yerində


17:18     29 Avqust 2017 azerbaycan-yanginsondurenleri-gurcustanda-23082017.jpg

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə avqustun 28-də Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verdiyi barədə məlumat daxil olub.


Femida.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.

Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb.

Yanğın saat 20:53-də söndürülüb.

Qalan ərazilərdə söndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1330