9 mindən çox sərxoş sürücü CƏRİMƏLƏNDİ


00:12     31 Avqust 2017 reyd8.jpg

Təhlükəsizliyin təmin edilməsi ilə bağlı 2017-ci il yanvarın 1-dən avqustun 20-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 451 978 inzibati protokol tərtib edilib.


Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, 9182 sürücü avtomobili sərxoş idarə etdiyinə görə, 19 856 sürücü svetoforun qırmızı işığında keçdiyinə, 4238 sürücü sərnişindaşıma qaydalarını pozduğuna, 883 sürücü nömrəsiz avtomobil idarə etdiyinə, 4509 sürücü ötmə, manevr etmə qaydalarının pozulmasına, 89 495 sürücü yolayrıcını keçmə qaydalarının pozulmasına, 490 sürücü avtoxuliqanlıq etdiyinə, 1379 sürücü isə avtomobili sənədsiz idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

Bundan başqa, 80 187 piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda, mərkəzi məlumat sistemində avtomatik olaraq 455 730 elektron protokol yazılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 763