Əri ilə toyda dalaşan qadın özünü asdı
00:30 02 Sentyabr 2017
Dünən Salyan rayonunun Xıdırlı kəndində 31 yaşlı qadının özünü asaraq intihar etməsi hadisəsinin təfərrüatı məlum olub.
Məlumata görə, anasının evinin hamam otağında özünü asaraq həyatına son qoyan Göyüşova Kəmalə İkram qızı ailəli olub və 5 yaşlı qızı varmış.
Xıdırlı kənd Ərazi Nümayəndəliyində xadimə işləyən qadının ailəsində həyat yoldaşı ilə tez-tez münaqişələr baş verirmiş. Əri onu döydüyü üçün təxminən 10 gün əvvəl Kəmalə Göyüşova 102-yə zəng edərək polisdən kömək də istəyib. Daha sonra isə o, anasının evinə qayıdıb.
Dünən isə kənd sakinlərindən birinin həyətində keçirilən toy mərasimində Kəmalə əri ilə rastlaşıb və orada onlar arasında münaqişə baş verib. Həyat yoldaşının insanların arasında onu təhqir etməsinə dözməyən qadın daha sonra evə gələrək özünü asıb. Onun meyitini 5 yaşlı qızı aşkarlayıb.
Qeyd edək ki, intihar edən qadının həyat yoldaşı Bakıdakı ixtisaslaşmış zavodlardan birində çalışır.
Faktla bağlı Salyan rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. (Lent.az)
Oxunub: 882
Oxşar xəbərlər
- Ərindən boşanan qadın özünü öldürdü - AZƏRBAYCANDA
- Ərini öldürən qadın azadlıqda
- Əri və qaynanası tərəfindən döyüldü
- Ərini baltalayaraq öldürüb - Ağsuda FACİƏ
- Ərini öldürən 26 yaşlı qadından xəbər var - `Atası və qardaşı ilə birlikdə...`
- Ərinin döydüyü qadın komaya düşdü
- Ərini polis saxlayan qadın intihar etdi - Lerikdə
- Ərindən ayrılan qadın sirkə içib öldü - Şamaxıda
- Əri tərəfindən döyüldü - bətnindəki uşağını itirdi
- Əri tərəfindən alçaldılan qadın intihara cəhd etdi