Əri və qaynanası tərəfindən döyüldü
02:47 02 Noyabr 2017
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon Xırmandalı kənd sakini, 1991-ci il təvəllüdlü Teymurova Zeynab Fəyaz qızı əri və qayınanası tərəfindən döyülüb.
Yaralı qadın ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının gətirilərək, Cərahiyyə şöbəsinə yerləşdirilib.
Qadının dediyinə görə, o, əri ilə 5 ay əvvəl ayrı yaşamağa başlayıb. Bu gün ərinin xalası qadını çağıraraq, cehiz əşyalarını aparmasını tələb edib. Z.Teymurova Uzuntəpə kəndinə gedib. Bu zaman əri və qayınanası tərəfindən döyülüb.
Daha sonra Biləsuvarda yaşayan qayınanasının bacısının evində Z.Teymurovanı iplə asmağa cəhd ediblər. Lakin səs-küy yarandığından bu istəklərinə nail olmayıblar.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Femida.az
Oxunub: 764
Oxşar xəbərlər
- Ərindən boşanan qadın özünü öldürdü - AZƏRBAYCANDA
- Ərini öldürən qadın azadlıqda
- Əri ilə toyda dalaşan qadın özünü asdı
- Ərini baltalayaraq öldürüb - Ağsuda FACİƏ
- Ərini öldürən 26 yaşlı qadından xəbər var - `Atası və qardaşı ilə birlikdə...`
- Ərinin döydüyü qadın komaya düşdü
- Ərini polis saxlayan qadın intihar etdi - Lerikdə
- Ərindən ayrılan qadın sirkə içib öldü - Şamaxıda
- Əri tərəfindən döyüldü - bətnindəki uşağını itirdi
- Əri tərəfindən alçaldılan qadın intihara cəhd etdi