Azyaşlı yol qəzasında ölüb


23:21     02 Sentyabr 2017 689670_485449.jpg

Qəbələdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın DİN-in saytına istinadən məlumatına görə, sentyabrın 1-də saat 15 radələrində Qəbələ şəhərində rayon sakinləri Cavid Kərimovun idarə etdiyi “Opel” və Səfa Həşimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşubş Nəticədə S.Həşimov və sərnişinləri - azyaşlı oğlanları Nihat və Sənan xəstəxanaya yerləşdiriliblər. Onlardan Sənan orada ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1435