Azyaşlı bacı-qardaş müəmmalı şəkildə öldü - Azərbaycanda tükürpədici olay
17:12 19 Sentyabr 2017
Sabirabadda azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb.
Femida.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Səma Aqşin qızı yuxudan oyanmayıb.
Bu gün səhər saatlarında Şirvan şəhər Xəstəxanasına aparılan 5 yaşlı uşağın artıq öldüyü məlum olub.
Məlumata görə, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da müəmmalı şəkildə ölüb.
Hazırda ölümlərin hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün uşağın meyiti müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 1935
Oxşar xəbərlər
- Azyaşlı su ilə dolu hamam vannasına düşüb
- Azyaşlı həşəratlara qarşı məhlul içdi
- Azyaşlı faciəvi şəkildə öldü
- Azyaşlı yol qəzasında ölüb
- Azyaşlı qıza təcavüz edən şəxs həbs edilib
- Azyaşlı ölümdən son anda xilas edildi
- Azyaşlı qızın ölümü ilə bağlı cinayət işi açıldı
- Azyaşlının vurduğu zərəri kim ödəməlidir?
- Azyaşlı qızın başına kərpiclə vurub qaçdı - VİDEO
- Azyaşlı üçüncü mərtəbədən yıxıldı - Bakıda