18 yaşlı oğlan bıçaqlandı, anası və bacısı döyüldü


12:56     05 Sentyabr 2017 bicaq6.jpg

Ağstafa sakini bıçaqlanıb.


Femida.az-ın verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Novruz Vəliyev qonşusu və qohumu olan şəxs tərəfindən evində bıçaqlanıb. Bədənin müxtəlif yerlərindən bıçaq xəsarətləri alan N.Vəliyev xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, dava zamanı Novruz Vəliyevi qonşusundan ayıraq istəyən zaman onun nənəsi, 1936-cı il təvəllüdlü Səlminaz Allahverdiyeva, anası 1979-cu il təvəllüdlü Şölə Vəliyeva və bacısı 2001-ci il təvəllüdlü Günay da müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 777