Müdafiə nazirləri bir araya gəldi


01:32     06 Sentyabr 2017 17bc275fac99f9c68984546c71e1449a.jpg

Polşa Respublikasına səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də bu ölkənin milli müdafiə naziri Antoni Maçereviçlə görüşüb.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Regiondakı və beynəlxalq hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə və dünyada sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq sıx əməkdaşlığın ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1142