Ermənistan XİN Məmmədyarovun dediklərini təsdiqlədi
21:09 06 Sentyabr 2017
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün dəqiq tarixi hələ müəyyənləşməyib.
Femida.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.
XİN rəsmisinin sözlərinə görə, hələ iki ay öncə elan edilib ki, görüş sentyabrda, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcək.
"Yəqin ki, görüş sentyabrın 20-dən sonra baş tutacaq, lakin konkret tarix hələ dəqiqləşdirilir"- deyə Balayan vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın XİN rəhbəri E.Məmmədyarov açıqlama verərək erməni həmkarı Edvard Nalbandyanla görüşünün dəqiqləşdiyini, ancaq vaxtın hələ bilinmədiyini deyib.
Femida.az
Oxunub: 704
Oxşar xəbərlər
- Ermənistandan Azərbaycana gələnlərin sayı açıqlanıb
- Ermənistan daha bir əsgərini itirdi
- Ermənistanı ağır il gözləyir
- Ermənistanda yanacaq bahalaşdı
- Ermənistanda partlayış
- Ermənistanla Gürcüstan arasında kilsə qalmaqalı
- Ermənistan təmas xəttində vəziyyəti gərginləşdirib - Hikmət Hacıyev
- Ermənistanda zabit əsgəri vəhşicəsinə döyüb
- Ermənistana məxsus PUA məhv edilib - FOTOLAR
- Ermənistan parlamentində yenə dava düşüb