İsmayıllıda 2 otaqlı ev yanıb


13:17     08 Sentyabr 2017 13878640961363594763_yangin45sadas1.jpg

İsmayıllı rayonu, Lahıc qəsəbəsində yanğın hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, İsmayıllı rayonu, Lahıc qəsəbəsində ümumi sahəsi 120 m2 olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 727