İsmayıllıda dəhşətli qəza: 7 nəfər öldü


13:06     27 Sentyabr 2017 22054356_10212197122335551_755290957_n%20(1).jpg

Fövqəladə Hallar Nazirliyi İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məlumat yayıb.


Femida.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

Qəza nəticəsində ölənləri adları müəyyənləşib.

Qəza nəticəsində ölənlərin siyahısını təqdim edirik:

1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu
1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu
1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu
1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı
8-13 yaşlarında olan 3 uşaq Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlı

Açar sözlər:

Oxunub: 6737