Körpə qaynar su ilə dolu qazana düşdü


17:01     14 Sentyabr 2017 1397893119_yeni-korpe-cenubnews.jpg

Biləsuvar rayonunda körpə qaynar su ilə dolu qazana düşərək yanıb.


Femida.az `Report`a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini yaşyarımlıq Lilay Suliddin qızı Zeynalova qaynar su ilə dolu qazana düşərək yanıq xəsarətləri alıb.

Körpə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, körpəyə ilkin tiobbi yardım göstərilib və vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 916