Zaqatalada sahibkarlara güzəştli kredit verilib
19:30 14 Sentyabr 2017
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Femida.az-ın məlumatına görə, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum bu gün Zaqatala rayonunda keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Zaqatalada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. İşgüzar forumda 100-ə yaxın sahibkar iştirak edib.
Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2251 investisiya layihəsinin maliyyələşdirilməsinə 100,4 mln. manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Zaqatala və ətraf rayonlardan olan sahibkarlara 767 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, aqroparkın yaradılması, heyvandarlıq, tütünçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Zaqatala rayonunda güzəştli kreditlər hesabına yaradılmış tütünçülük və fındıqçılıq təsərrüfatlarına baxış keçirilib.
Ümumilikdə, indiyədək ölkədə tütünçülüyün, çayçılığın və fındıqçılığın inkişafı ilə bağlı 270 sahibkara 24 mln. manat güzəştli kredit verilib.
Femida.az
Oxunub: 548
Oxşar xəbərlər
- Zaqatalada dəm qazı 3 can aldı
- Zaqatalada “Şəbəkə“ xidmət mərkəzi fəaliyyətə başlayıb
- Zaqatalada ev yanıb
- Zaqatalada Fındıq festivalı keçirilib - İLK DƏFƏ
- Zaqatalada axtarışda olan şəxs tutulub
- Zaqatalada 58 yaşlı velosipedçi ağır yaralandı
- Zaqataladakı körpünün təmiri yekunlaşır
- Zaqatalada maskalı şəxslər evə basqın etdi
- Zaqataladakı güclü yanğın söndürüldü
- Zaqatalada meşə yanır