İraqda terror: Ölənlər var


21:31     14 Sentyabr 2017 iraq%20ordusu.jpg

İraqın cənubunda Di-Kar əyalətində törədilən iki terror aktı nəticəsində azı 6 nəfər ölüb, 20 nəfər yaralanıb.


Femida.az "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli “NRT” televiziyası yayıb.
İnformasiyaya əsasən, terrorçular yolun kənarında yerləşən kafedə olan müştərilərinə hücum ediblər.
Digər terror aktı isə iki əyalət arasındakı sərhəddə baş verib. Terrorçular Di-Kar və Mutanna əyalətlərinin sərhədindəki Nəzarət-Buraxılış məntəqəsi yaxınlığında minalanmış maşını partladıblar.
Həkimlərin sözlərinə görə, ölən və yaralananlar arasında İran vətəndaşları da var.
Terror aktlarına görə, məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 625