İraqda 40 uşağın cəsədi aşkarlandı


16:43     03 Dekabr 2017 iraq%20mezarliq.jpg

İraq hərbçiləri Kürdüstan vilayətinin Sincar şəhəri yaxınlığındakı iki kütləvi kütləvi qəbiristanlıqda 140 dinc sakinin cəsədlərini aşkarlayıb.


Bu barədə "Al-Arabiya" məlumat yayıb.

Qeyd edilir ki, onlar 2014-cü ildə İŞİD tərəfindən edam ediliblər. Terrorçular həmçinin qadınları və gənc qızları seksual zorakılıq məqsədilə qul kimi satmaq üçün oğurlayıblar.

Hərbçilər bildiriblər ki, Sincarın cənubundakı Kabusi kəndində 20 qadının və 40 uşağın cəsədlərini aşkarlayıblar. 80 cəsədin olduğu ikinci qəbristanlıq Cəzirə yaşayış məntəqəsində aşkarlanıb.

Açar sözlər:

Oxunub: 758