İraqda İŞİD üzərində qələbəni belə qeyd edəcək


22:57     03 Dekabr 2017 iraq%20ordusu3.jpg

İraq hökuməti İŞİD terror qruplaşması üzərində qələbəni elan etmək münasibətilə dekabrın 9-da hərbi parad keçirmək niyyətindədir.


Femida.az xəbər verir ki, bununla bağlı RİA “Novosti” ölkənin təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, İraqın silahlı qüvvələrinin, ordusunun, xalq müdafiəçilərinin (müdafiə qoşunu) iştirakı ilə parad şənbə günü baş tutacaq. Hərbi tədbirdə İŞİD terror qruplaşması üzərində qələbə və hərbi əməliyyatların dayandırılması elan ediləcək.

Xatırladaq ki, İraqın baş naziri Heydər əl-Abadi noyabrın 21-də İŞİD-in ölkədə məğlubiyyətə uğradığını elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 561