Masallıda dördmərtəbəli ev yandı


00:15     15 Sentyabr 2017 1436418566_gedebeyde-rayonunda-sexde-yangin-bash-verib.jpg

Masallıda dördmərtəbəli yaşayış binasında yanğın olub.


Femida.az FHN-nə istinadən xəbər verir ki, yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 32 kv.m olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 4 kv.m sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 678