Hakim müstəntiq barədə xüsusi qərardad çıxardı - Kobud səhvinə görə


17:45     15 Sentyabr 2017 zeynal.jpg

Oğurluq və narkotikdə təqsirləndirilən Xəqani İsayevin cinayət işi üzrə məhkəmə başlayıb.


Femida.az -ın Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə cinayət işi ibtidai istintaqa qaytarılıb. Buna səbəb isə istintaq zamanı kobud qanun pozuntularına yol verilməsi və prosesual qaydalara riayət edilməməsi olub.

Məhkəmə işi aparan müstəntiq barəsində xüsusi qərardad çıxarıb.

Qeyd edək ki, ittihama əsasən, X.İsayev özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməkdə, elektron məlumat daşıyıcısını istifadə edərək, yaşayış sahəsinə qanunsuz olaraq girməkdə təqsirləndirilir. İttihama görə, o, Nəsimi rayonunda Qasım Gülməmmədovun evindən 500 manat, Lalə Gülməmmədovaya məxsus plastik kartı oğurlayıb.

Daha sonra o, saxlanılarkən üzərindən narkotik maddə aşkarlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 16733