Qubada ev yanıb


21:09     16 Sentyabr 2017 2015-05-14-09-24-12fhn-yangin-masin-full-liderxeber-640-sekil7.jpg

Qubada yanğın hadisəsi olub.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonun Qacar Zeyid kəndində ümumi sahəsi 32 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, evin yaxınlığında yığılmış 1 ton ot bağlamasının 0,5 tonu və həyətyanı sahədə 100 kv.m quru ot yanıb.

Evin və ot bağlamasını qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 537