Arvad ərini bıçaqladı - Şəmkirdə


23:30     16 Sentyabr 2017 bicaq51.jpg

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.


Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov İntizam Ehtiram oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Bud nahiyəsindən xəsarət alan yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.(report)

Açar sözlər:

Oxunub: 601