2 yaşlı körpə beşinci mərtəbədən yıxıldı


02:03     18 Sentyabr 2017 0cd09c69-d1e0-4073-94d6-190132cb3f0b.jpg

Mingəçevirdə 2 yaşlı körpə doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.


Femida.az `Report`a istinadən xəbər verir ki, hadisə şəhərin məcburi köçkün şəhərciyində baş verib.

Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılıb. Xəsarət almış körpəyə tibbi yardım göstərilib.

Onun həyatı üçün təhlükə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1079