Qarabağda erməni əsgərlər aclıqdan oğurluq edir
15:59 18 Sentyabr 2017
Ermənistanın Dağlıq Qarabağda yerləşən hərbi hissələrində ərzaq çatışmazlığından əziyyət çəkən hərbi qulluqçular oğurluğa başlayıb.
Femida.az AzVision.az-a istinadən xəbər verir ki, əvvəllər oğurluq faktları hərbi hissənin ərzaq ambarlarında qeydə alınırdısa, artıq bu cür faktlar hərbi hissələrin yaxınlığında yerləşən kəndlərdə də baş verir.
Hərbi hissələrin birində xidmət edən əsgər qonşuluqda yerləşən evə daxil olaraq oğurluq edib. Araşdırma nəticəsində, məlum olub ki, əsgər yalnız özü ilə ərzaq aparıb. Evdə olan pul və zinət əşyasına toxunmayıb.
Erməni jurnalistlərin “Əsgərlər acmı qalırlar” sualına Müdafiə Nazirliyinin baş qərargah rəisi Movses Hakopyan qısa cavab verməklə kifayətlənib: “Xeyr”.
“Bəs, nə üçün oğurluq edib” sualına isə Hakopyan “Tərbiyəsiz olub”- deyə bildirib.
Əslində Hakopyan məsələnin əsl mahiyyətindən yayınıb. Baş verən hadisə əslində Qarabağda yerləşdirilən işğalçı qüvvələrin necə hazırlığa malik olduğunu açıq-aşkar ortaya çıxarıb.
Femida.az
Oxunub: 771
Oxşar xəbərlər
- Qarabağda 2 erməni hərbçi yaralanıb
- Qarabağda erməni əsgəri öldürülüb
- Qarabağda erməni əsgər güllələnərək öldürülüb
- Qarabağdakı Avropa şirkətlərinə xəbərdarlıq - Cinayət məsuliyyəti...
- Qarabağda 12 erməni hərbçisi öldü – Düşmən ordusunda ŞOK
- Qarabağda hərbi hissədə partlayış olub: Ölən və yaralılar var
- Qarabağda erməni əsgəri məhv edildi
- Qarabağda düşmən ordusu itki verdi
- Qarabağda 2 erməni hərbçi ağır yaralandı
- Qarabağda erməni hərbçilər qəzaya düşdü - 15 yaralı