Deputatdan etiraz: “26 Bakı komissarı” abidəsi sökülməməli idi


19:29     19 Sentyabr 2017 400609502.jpg

“SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş İosif Stalinin, SSRİ Xalq Komissarları Sovetinin 1-ci sədri Vladimir Leninin heykəlləri uçurulub. Mən o vaxt da təklif etmişdim ki, bunları bir yerə yığıb saxlamaq lazımdır”.


Femida.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov deyib.

Komitə sədri bildirib ki, qəmli olsa da, bütün bunlar bir tarixdir: ““26 Bakı komissarı”nın, XI Qızıl Ordunun şərəfinə ucadılan abidə və digər abidələr bir yerdə saxlanmalı idi. Məktəbliləri ora aparmaq və tanış etmək lazımdır ki, bu şəxslərin hansı fəaliyyəti olub. Məsələn, XI Qızıl Ordunu bizə xilaskar kimi təqdim edirdilər. Əslində, belə olmayıb. Ona görə həmin abidələri saxlamaqla gələcəyi nəsili məlumatlandırmaq olardı”.

Femida.az

Açar sözlər:

Oxunub: 1127