11 evdən oğurluq edən şəxs tutuldu


17:16     20 Sentyabr 2017 1411037493_shirvanda-ogru-deste-tutuldu-cenubnews8.jpg

Gəncədə 11 evdən oğurluq olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Gəncənin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-avqust ayları ərzində rayon ərazisindəki 11 evdən məişət əşyaları, inşaat materialları və 70 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Hümbətov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 496