11 yaşlı yeniyetməni yük maşını vurub


00:56     06 Dekabr 2017 astarada-piyadan-vurub-ldrdlr_1.jpeg

Yevlax rayonunda 11 yaşlı yeniyetməni avtomobil vurub.


Hadisə rayonun Xaldan qəsəbəsinin ərazisində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını yol kənarında dilənən 2006-cı il təvəllüdlü Yevlax rayon sakini Zilan Şahlar qızı Rəsulovanı vuraraq ağır xəsarət yetirib. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, Z.Rəsulova Yevlax rayonunun Qaraçılar məhəlləsinin sakinidir.
Faktla bağlı araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 624