Erməni deputatlar Bakıdadır
01:51 22 Sentyabr 2017
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan artıq Bakıdadır.
Femida.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin rəsmi “Facebook” səhifəsində məlumat qeyd edilib.
Xatırladaq ki, erməni deputatlar sentyabrın 22-də Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər. Erməni nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 23-də başa çatacaq. Nümayəndə heyətinin tərkibində Armen Aşotyanın köməkçisi Aram Barseqyan da yer alıb.
Qeyd edək ki, sentyabrın 22-də Bakıda "Avronest" PA çərçivəsində “3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.
Femida.az
Oxunub: 853
Oxşar xəbərlər
- Ermənistandan Azərbaycana gələnlərin sayı açıqlanıb
- Ermənilərin törətdiyi terrordan 26 il ötür
- Ermənistan daha bir əsgərini itirdi
- Ermənistanı ağır il gözləyir
- Erməni əsgər boğulub öldü
- Erməni əsgər xidmət yoldaşı tərəfindən döyüldü
- Ermənilərin cəmi 9 faizi Sarkisyana inanır - VİDEO
- Erməni deputat: `Münaqişənin həlli Minsk qrupundan asılıdır`
- Ermənistanda yanacaq bahalaşdı
- Ermənistanda partlayış