İŞİD-dən azad edilən azərbaycanlı uşaqlarla bağlı AÇIQLAMA
14:01 22 Sentyabr 2017
Suriyanın İŞİD-in işğalından azad edilən ərazilərində tapılan azərbaycanlı uşaqlar ölkəmizə qayıtdıqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin azyaşlıların sosial, psixoloji problemlərinin həllinə yardım edəcək.
Femida.az xəbər verir ki, komitədən Trend-ə verilən məlumata görə, hazırda həmin uşaqların ölkəmizə geri qaytarılması üçün aidiyyəti qurumlar iş aparır:
“Bu işlər bizim səlahiyyətimizdən kənardır. Bu məsələ ilə təhlükəsizlik qurumları məşğul olur. Lakin o uşaqlar qayıtdıqdan sonra onların ailələrə qaytarılması, doğmalarının tapılmasına yardım edəcəyik”.
Qeyd edək ki, Rusiya KİV-ləri Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın tapılması barədə xəbər vermişdilər. Uşaqlar ata-analarının öldüyünü bildiriblər.
Femida.az
Oxunub: 861
Oxşar xəbərlər
- İŞİD-dən xilas edilən azərbaycanlı uşaq Bakıdadır
- İŞİD-dən xilas edilən Abdullanın babası tapılıb
- İŞİD-dən xilas edilən azərbaycanlı uşaqdan XƏBƏR VAR
- İŞİD-dən 4 kənd alınıb, 46 terroçu öldürülüb (Video)
- İŞİD-dən dünyanı hədələyən görüntülər - VİDEO
- İŞİD-dən Türkiyə ordusuna hücum: 17 terrorçu öldürüldü
- İŞİD-dən Ermənistana ilk zərbə
- İŞİD-dən növbəti təhdid: “Vaşinqtonu da vuracağıq“
- İŞİD-dən qeyri-etik təbrik mesajı (FOTO)
- İŞİD-dən daha bir dəhşətli edam - VİDEO (18+)