İŞİD-dən xilas edilən Abdullanın babası tapılıb


14:59     29 Sentyabr 2017 abb.jpg

İŞİD terror qruplaşmasından azad edilərək Bağdaddakı uşaq evinə yerləşdirilən Abdullanın babası tapılıb.


Femida.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda azyaşlının Azərbaycandakı yaxınları ilə qohumluq əlaqələrinin dəqiqləşdirilməsi üçün işlər gedir.

Abdullanın və Xədicənin Azərbaycana gətirilməsi üçün İraqdakı səfirliyimiz həmin ölkənin müvafiq qurumları ilə təmasları davam etdirir.

Xatırladaq ki, ilkin ehtimala görə, İŞİD-ə qoşulan Xədicə ilə Abdullanın valideynləri öldürülüblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1398